Hövzə Xəbət Agentliyinin Əhvaz şəhəri üzrə müxbirinin verdiyi məlumata əsasən, Vilayəti-fəqihin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Musəvi Fərd, İran igidlərinin yunan-Roma güləşi üzrə dünya çempionatında qazandıqları uğurlar və müxtəlif medallar münasibətilə bir mesaj yayımladı.
Mesajın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Qotvənd şəhərinin fəxri! Əmin Mirzəzadə
Şiraz şəhərinin fəxri! Qulamrza Fərruxi
Qızıl medal qazanmağınız Xuzistan və Fars vilayətinin o cümlədən bütün İran xalqının sevinc və qürur mənbəyi oldu.
Zəhmət, səy və qeyrətiniz milyonlarla insanın sevincinə səbəb oldu. Səbir və əzm ilə bir daha sübut etdiniz ki, İranın adını dünyada ucalda bilərsiz.
Bu böyük uğura görə sizi, ailənizi və əziz millətimizi təbrik edirəm.
Həmçinin İzə şəhərinin fəxri olan Peyam Əhmədiyə də bizi gücü və bacarığı ilə sevindirdiyi üçün səmimi qəlbdən təşəkkürümü bildirir və onu gümüş medal çempionluğunu qazandığına görə təbrik edirəm.
Seyid Məhəmmədnəbi Musəvi Fərd
Xəbərin sonu
Rəyiniz